Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətinin vaxtı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.
O bildirib ki, müəllimlərin əlavə yerləşdirmə müsabiqəsinin müsahibə mərhələsi sentyabrın 2-3-də keçiriləcək.
Murad Camalzadə qeyd edib ki, ikinci mərhələnin müsahibə mərhələsi başa çatdıqdan sonra həm birinci, həm də ikinci mərhələdə uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətləri olacaq:
"Bu isə təxminən sentyabrın 8-9-da nəzərdə tutulur".