Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Addım-addım sosial müavinat almaq qaydası


Sosial müavinətlərin verilməsi qaydası ilə bağlı bir neçə sadə proseduru öyrənərək öz hüquqlarınızı tələb edə bilərsiniz.


1) Sosial müavinət nədir?


- Sosial müavinət - müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Sosial müavinətlər aylıq və birdəfəlik olmaqla 2 formada verilə bilir.


Aylıq formada olan sosial müavinətlər aşağıdakılardır


1) dövlət qulluqçularına ömürlük müavinət;


2) yaşa görə müavinət;


3) əlilliyə görə müavinət;


4) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;


5) ailə başçısını itirməyə görə müavinət;


6) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;


7) 3 yaşınadək uşağa qulluğa görə müavinət;


8) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət;


9) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;


10) 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;


11) beşdən çox uşağı olan qadınlara müavinət;


Birdəfəlik formada verilən Sosial müavinətlər aşağıdakılardır.


• radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;


• uşağın anadan olmasına görə müavinət;


• dəfn üçün müavinət;


1-ci bənddən 6-cı bəndə qədər olan və 11-ci bəndlərdə olan aylıq müavinətlərdən bir neçəsini almaq hüququnuz varsa, öz arzunuza görə birini seçə bilərsiniz.


Sosial müavinat üçün müraciət


Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Şöbəyə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər.


Sizin ərizənizə isə, Şöbənin ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğunluğunu 3 iş günü müddətində yoxlayır.


Ərizənin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir (1 nömrəli əlavə). Ərizə poçtla və ya elektron qaydada göndərildikdə, Şöbə ərizənin daxil olduğu gündən ən geci 3 iş günü müddətində bu barədə ərizəçiyə məlumat göndərir.


Şöbəyə müraciət edən şəxsə ərizənin və digər sənədlərin formalarını verməyə, yaxud poçtla və ya elektron qaydada göndərməyə, müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün zəruri sənədlərin toplanılaraq təqdim olunmasına yardım göstərməyə borcludur.


Müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində Şöbənin məsləhətçisi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və direktoru tərəfindən kollegial qaydada baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar Şöbənin məsləhətçisinin, sektor müdirlərinin və Şöbənin direktorunun imzaları və Şöbənin möhürü ilə təsdiq edilir.


Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ vardır.


Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin və məlumatların siyahısına gəldikdə isə, aşağıdakı linkdən müraciət üçün ərizə formasını və seçdiyiniz sosial müavinətə uyğun olaraq hansı sənədlərin tələb olunduğuna baxa bilərsiniz.


Ərizə forması 


Sənədlərin siyahısı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10