Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukraynanın keçmiş Səhiyyə naziri həbs edildi


Kiyevin Peçer rayon məhkəməsi Ukraynanın keçmiş Səhiyyə naziri Raisa Boqatıryovanı 6 milyon qriven girov alternativi ilə iki ay müddətinə azadlıqdan məhrum edib.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, məhkəmə iclasında Boqatıryova istintaqla əməkdaşlıq edəcəyini bildirib.
Viktor Yanukoviçin prezidentliyi dövründə vəzifə sahibi olan qadın nədə günahlandırıldığını yalnız məhkəmə iclasından əvvəl, ona təqdim edilən sənədlərdən öyrənib. Daha əvvəl Boqatıryovanın büdcə vəsaiti ilə böyük məbləğdə fırıldaqçılıq etməkdə şübhəli bilinməsi haqda xəbər verilmişdi. 
O, Ukrayna hüdudlarını prokurorluq orqanları tərəfindən ona qarşı başladılan cinayət işinin istintaqından bir neçə ay əvvəl tərk etdiyini qeyd edib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10