Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Tarixə adını yazan Qadınlar" kitabının Tovuzda imza günü keçirilib


Tovuz rayonunun Qovlar şəhərində yerləşən Gənclər Evində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Tarixə adını yazan Qadınlar" üç cildliyinin yeni nəşrinin “İmza günü” keçirilib.

Kitabın müəllifi, AMEA-nın professoru, millət vəkili Qənirə Paşayeva ilk növbədə tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bilıdirib. Millət vəkili Q.Paşayeva qeyd edib ki, "Tarixə adını yazan Qadınlar" kitabını bir neçə il öncə qələmə alsa da, bu il “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) xətti ilə üç cildliyin yeni, əlavə və düzəlişlər edilmiş daha təkmil və nəfis variantı işıq üzü görüb.


Millət vəkili kitabın məziyyətlərindən, orada haqqında yazılar verilmiş məşhur azərbaycanlı qadınlardan söz açıb. O, tədbir keçirilən günü "Tarixə adını yazan Qadınlar ”dan biri olan Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günü olması ilə əlamətdar olduğunu deyib.

“Biz çox şadıq ki, dünuyanın ən tanınmış qadınları arasında bizim soydaşlarımız və çağdaşlarımız da var. Mehriban xanımın istər ölkə daxilində, istərsə respublikamızın hüdudlarını aşan humanitar fəaliyyəti, mədəniyyətə xüsusi qayğısı özlüyündə bir qürur mənbəyidir.Mədəniyyətlər və dinlərarası dialoq, idmanın və gənclər hərəkatının inkişafı, xüsusi qayğıya ehtiyacı olanlara şəfqətlə yanaşma, ədalətli sülhün, birgə yaşayış qaydalarının, tolerantlığın təbliği, belə nümunələrin yaradılması sahəsində gördüyü böyük və önəmli işləri xüsusi vurğulamaq istəyirəm." Millət vəkili Q.Paşayeva Tovuzun qadınları, bütün ziyalıları və sakinləri adından ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində daha da böyük uğurlar diləyirik deyib.

Millət vəkili Q.Paşayeva bildirib ki, "Tarixə adını yazan Qadınlar" kitabında yer alan 100 qadın içərisində Azərbaycanın, türk və müsəlman dünyasının tarixdəki məşhur qadınları - Tomris, Sara xatun, Həzrəti Xədicə ilə bağlı yazılar geniş yer tutur və inanırıq ki, bu 100 qadının yaşadığı bütün çətinliklərə rəğmən, arzularından, toplum və insanlıq naminə faydalı işlər görmək istəyindən vaz keçməyərək qazandıqları böyük uğurlar minlərlə gənc qızlarımız üçün önəmli stimul olacaq və özəlliklə gənc qızlarımızı və valideynləri bu kitabı oxumağa çağırıram.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10