Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müəllimləri “çaqqal” adlandıran məmur porno-qalmaqala tuş gəldi və...-VİDEO


Üç ildən çox Özbəkistanın Əndican şəhərinin meri vəzifəsində çalışmış Dilmurod Raxmatullayev mediada pornoqrafik xarakterli foto-video materiallar dərc edildikdən sonra tutduğu postdan uzaqlaşdırılıb.

Yayılmış görüntülərdə çılpaq bir cütlük təsvir edilir. D.Rahmatullayevə bənzər bir kişi üzü və sinəsi qara düzbucaqlarla senzuradan keçirilmiş  qadını qucaqlayır. Saytlarda yayılan məlumatlara görə, fotodakı xanım adı çəkilən rəsmi şəxsin məşuqəsidir.  
 
Rahmatullayevin vəzifədən azad edilməsi barədə qərar avqustun 26-da, səhər saatlarında  Xalq Deputatları Sovetinin Əndican Şəhər Şurasının növbədənkənar iclası zamanı qəbul olunub. Bununla yanaşı, məmurun işdən uzaqlaşdırılmasına rəsmi səbəb olaraq erotik kompromat yox, "sakinlərin şikayətləri və  işdə yol verilmiş nöqsanlar" göstərilib.

Özbəkistan KİV-nin verdiyi məlumata görə, bələdiyyə başçısı təyin olunmazdan öncə  Rəhmətullayev təhsil sahəsində çalışıb. O, tabeliyindəki insanlarls kobud ünsiyyətə görə özünə mənfi bir reputasiya qazanıb. Məsələn, 2017-ci ildə bu üzdəndiraq məmur pambıq yığımına hakimiyyətin tələb etdiyindən daha az adamın göndərildiyi üçün təhsil işçilərini, direktor və müəllimləri, hətta müəllimələri təhqir edərək onları "çaqqal və zibil" adlandırıb.










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10