Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avtobusda əcaib olay: sərnişinlər mənzilə bu formada çatdı


Son günlərdə “BakuBus”a məxsus avtobusların kondisionerlərin işləməməsi ilə bağlı tez-tez şikayətlər edilir.
Bu dəfə isə şikayətçilərdən birinin Lent.az -a verdiyi məlumata görə, 5 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda kondisionerdən sərnişinlərin üzərinə su tökülüb.
Şikayətçi bildirib ki, avtobusda olanların əksəriyyəti mənzilə islanmış vəziyyətdə çatıb:
“Sürücü əvvəlcədən sərnişinlərə kondinsonerin işləmədiyi ilə bağlı xəbərdarlıq etdi. Amma düşünürəm ki, bu düzgün deyil. Avtobusun kondisionerində nasazlıq yarana bilər, lakin həmin marşurutu xətdən çıxarıb, nasazlığı aradan qaldırılmaq lazımdır. Kondinsonerdən su elə axırdı ki, insanlar mənzilələrinə su içində çatdılar. Hətta avtobusun sol tərəfində oturacaqlara kifayət qədər su axdığından o hissədə oturmaq mümkün deyildi”.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
Saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sözü gedən məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10