Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycalı qız erməni oğlan Armenlə evləndi


Gürcüstanda yaşayan azərbaycalı qızla erməni oğlan ailə həyatı qurub. 

AZXEBER.COM haqqın.az-a istinadla xəbər verir ki, bu barədə gürcü yazıçısı Mariam Saradjişvili yazıb. 


Yazıçı bildirib ki, cütlük məktəbdə bir sinifdə oxuyub. Arzu və Armenin bu sevgisi Azərbaycan-Ermənistan arasındakı münaqişəyə baxmayaraq xoş sonluqla bitib. 

İki gəncin ailələri bu münasibətə müsbət baxmayıb. Ancaq cülük sona qədər mübarizə aparıb və sonda ailə həyatı qurub. 

Onların bir oğlu olub və adını da Arzunun babasının şərəfinə Rəşid qoyublar. 

Yeni doğulan uşaq ailələr arasında barışıq olmasına gətirib çıxarıb. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10