Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Bir paşanın başını terrorçunun ayağı altına sərmək alçaqlıqdır"


Müşavir: "Səfirimiz aidiyyəti qurumlardan cavab alandan sonra, yəqin ki, bu barədə ətraflı açıqlama verəcək"

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə, Ermənistanın Şirak şəhərinin Miralik qəsəbəsində ucaldılmış Türk generalı, Osmanlı İmperiyasının Daxili İşlər naziri Tələt Paşanın qatili, daşnak Soqomon Teyliryanın heykəli müzakirə olunur. Müzakirələrə səbəb isə Teyliryanın ayağının altında Tələt Paşanın kəsilmiş başının əks olunmasıdır.

 

Araşdırmalar zamanı bəlli olur ki, bu heykəl yeni deyil. Bir neçə il bundan öncə, qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində, daha dəqiq desək, 2015-ci ilin 23 aprelində ucaldılıb.

 

Ancaq nədənsə indiyədək Türkiyə dövləti bu heykəllə bağlı Ermənistana qarşı hər hansı bir tədbir görməyib. Faşitlərin belə, törətmədiyi bu vəhşiliyə imza atmış ermənilər cəzalandırılmayıb. Və ya, bəlkə də, bu barədə tədbir görülüb, sadəcə biz məlumatsızıq? Ümumiyyətlə, Türkiyə dövləti bununla bağlı hansı addımı atmalıdır?

AYNA əməkdaşı bu suallara aydınlıq gətirmək üçün Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizlə əlaqə saxlayıb. Karadeniz bildirib ki, bu barədə Azərbaycanın media nümayəndələri xəbər yayandan sonra məlumat tutublar: “Bu barədə məlumat alan kimi səfirimizə məruzə etdik. Səfirimiz Ankarada aidiyyəti qurumlara məlumat verəcək".

 

"Səfir aidiyyəti qurumlardan cavab alandan sonra, yəqin ki, bu barədə ətraflı açıqlama verəcək. İndi isə konkret nəsə söyləyə bilmirik, çünki hələ bu barədə yeni məlumat vermişik. Hər halda, Türkiyə Xarici İşlər Nazirliyi lazım olan açıqlamanı verəcək və biz də ona uyğun məlumat yayacağıq”, - deyə müşavir qeyd edib.

Related image

Türkiyənin Ərciyəz Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə AYNA-ya deyib ki, onun bu barədə xəbəri olub və Türkiyədəki bir neçə yayım orqanlarına bu barədə məlumat verib: “Onlara bildirmişdim ki, qondarma "erməni soyqırımı" ərəfəsində ermənilər daha çox Türkiyənin üzərinə gedəcəklər. Və bu məqsədlə Sarqsyanın başçılığı ilə bir hazırlıq komissiyası da yaradılmışdı. Həmçinin heykəllər, manumentlər qoyulması da planlaşdırılırdı və sözügedən heykəl də həmin ərəfədə qoyuldu. Abidənin müəllifi isə Samvel Petrosyan adlı gümrülü heykəltəraşdır”.

Image result for qafar çaxmaqlı

“Son vaxtlar həmvətənlərimiz bu məsələni yenidən ictimailəşdirdilər və məncə, çox doğru da etdilər. Çünki bu, birbaşa Türkiyə dövlətini və xalqını təhqir etməkdir. Bir dövlət adamının başını bir terrorçunun ayağının altına qoyub heykəl düzəltmək erməni millətinin növbəti alçaqlığıdır, nə dərəcədə iyrənc bir yol tutduğunun göstəricisidir”, - deyə Q.Çaxmaqlı əlavə edib.

 

Professor onu da vurğulayıb ki, Türkiyə həmin heykəlin götürülməsi üçün Ermənistan hökumətinə nota verməlidir: “Tələt Paşa Türk dövlətinin simvoludur. Onu təhqir etmək birbaşa millətin, dövlətin təhqiridir. Əks təqdirdə, Türkiyənin də əlində elə arqumentlər var ki, Ermənistanla bağlı bir çox tədbirlərı həyata keçirə bilər”.

Qeyd edək ki, abidə hazırlanarkən Ermənistan rəhbərliyi işə qarışıb və abidənin Tələt Paşanın kəsilmiş başı olan hissəsi örtülüb. Heykəltəraşın narazılığına baxmayaraq, Ermənistan rəhbərliyi bunun Avropanın etirazına səbəb olacağını bildirib. Ancaq nədənsə sonradan abidə ilk variantına qaytarılıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10