Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İmamoğlundan Ərdoğana cavab - VİDEO


İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu tətilə çıxdığı üçün onu tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına münasibət bildirib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, Bələdiyyə başkanı Prezidentdən  belə münasibət gözləmədiyini bildirib:

"25 ildir idarə etdikləri İstanbulda dəfələrlə bir çox ölümcül sellər oldu, onlarla insan həlak oldu. Durub bu qədər ili bir günə, 40 günlük müddət ərzində mənə yükləmləri və bunu tətilə bağlayaraq vətəndaşa şikayət etmələri çox üzücü və təəccüblüdür. Tətillə bağlı atmacalar təəssüf ki, bitmir. Buna cənab Prezidentin dəstək çıxması da çox maraqlıdır. 25 ildir İstanbulu idarə etdikləri bələdiyyə sədrliyi, Baş Nazirliyi, Prezidentlik dövrüləri var. Əgər kimsə bu vəzifələri icra edib, tətil etməyibsə, işləməyib deməkdir. İşləyən hər kəsin tətilə ehtiyacı var. Mənsə hadisə baş verəndə dərhal orada olmuşam".

Qeyd edək ki, Ərdoğan açıqlamasında İmamoğlunu nəzərdə tutaraq "İstanbulu sel basdı, bəyəfəndi" tətildə demişdi.

 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10