Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş mühasibin intiharı||--||



APA-nın cənub bürosunun xəbərinə görə, 1953-cü il təvəllüdlü Hüseyn Cəbrayıl oğlu Abbasov həyətlərində yerləşən tövlədə özünü kəndirlə asıb.

Mərhumun Lənkəran rayon Telekommunikasiya Qovşağında baş mühasib vəzifəsində çalışdığı bildirilib. İntiharın səbəbləri barədə hər hansı rəsmi məlumat açıqlanmayıb. Redaksiyaya daxil olan məlumata görə mərhumun ailədə heç bir problemi olmayıb. İntiharın onun daşıdığı vəzifəsi ilə bağlı olduğu haqqında ehtimallar daha çoxdur.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10