Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni tunel inşa edilir - VİDEO


Bu gündən etibarən Bakıda daha bir yol nəqliyyatın hərəkətinə bağlanıb. Söhbət Sabunçu rayonu Asəf Əsədullayev küçəsindən gedir. Dəmiryolu keçidinin altından tunelin inşası ilə bağlı həmin küçə bağlanıb və artıqişlərə start verilib. Bu arada Həsən Əliyev küçəsinin Nərimanov rayonuna düşən hissəsində də əsaslı təmnir işləri aparılır.

Təhlükəsizlik tam təmin etmək üçün dəmiryolu keçidinin altından nəqliyyat vasitələri üçün tunel inşa edilir.

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

Artıq sözügedən keçidin ətrafındakı yollarda nəqliyyatın hərəkəti dayandırılıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini tərəfindən aparılan işlərə başlanıb. Ağır texnikalar əraziyə gətirilib və layihəyə uyğun olaraq işlər görülür.

Onu da qeyd edək ki, Sabunçu qəsəbəsindən üzü Bakıxanov qəsəbəsinə gedən şəxslər üçün ərazidə alternativ yol da çəkilib. İş icraçısının sözlərinə görə, keçidin üstü sentyabrın 15-ə qədər hazır olacaq. Bundan sonra nəqliyyat vasitələri üçün yol açılacaq. Amma bu müddətə qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri tövsiyyƏ edilir.

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları isə paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində əsaslı təmir işlərinə başlayıb.

Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir və yeni yol yatağı və yol əsası inşa edilir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, bəzi yerlərdə yeniləri inşa edilir və kənarlarına yeni səki daşları düzülür. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 6 km uzunluğa malik olan təmir işləri görülən həm Həsən Əliyev həm də onunla kəsişən Molla Cümə küçəsində müasir yol infrastrukturu yaradılır. Qeyd edək ki, hər iki yolun gələn ayın 10-a qədər istifadəyə verilməsi planlaşdırılır.(Xezerxeber.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10