"Vətənin təhlükəsizliyini təmin edəcək addımlar atmalıyıq, yoxsa bizimkilər hələ çox "quş buraxacaqlar""
Tapmacalar bu ölkəni yedi bitirdi. Niyə NATO üzvü olan qosqoca Türkiyə MiQ 29-un nədən qəzaya uğradığını hamının inanacağı şəkildə ortaya qoymur?
Moderator.az bu sualla müraciət edərək ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının fikirlərini öyrənməyə çalışıb:
"Çox haqlısınız. Təyyarəmizin qəzasının səbəbləri ilə bağlı müvafiq orqanların yaydığı məlumatlar inandırıcı deyil, onu quşun üstünə yıxmaq əslində "quş buraxmaqdır", yəni təyyarəni qəzası müəyyən şübhələrə yol açmaqdır. Demək, qəzanın nədən qaynaqlandığı haqqında dəqiq bilgilər xalqa çatdırılmayıb. Sosial şəbəkələrdə aparılan diskusiyalar da göstərir ki, qəzanın suçlusu quşlar deyil. Niyə Türkiyə bu məsələyə müdaxilə etmir?- sualınızının nə dərəcədə qardaş ölkəyə aidiyyatı var, deyə bilmərəm. Amma biz belə kritik anda Türkiyədən məsələyə müdaxilə etməsini istəyiriksə, bu yaxşıdır. Uman yerdən küsərlər. Ümumən mən son vaxtlar bu fikrə gəlmişəm ki, biz Qarabağla bağlı bütün məsələlərə Türkiyəni cəlb etməyə çalışmalıyıq. Biz torpaqlarımızı azad etməkdə çətinlik çəkirik, bu faktdır. 1918-də də oxşar situasiya vardı. Türklər gəlib Bakını xilas etməsəydilər, Azərbaycan adında dövlətin varlığı şübhə altında deyildimi? Bu gün Qarabağsız Azərbaycanın dövlət kimi yaşaması da sual altındadır. Önümüzdəki illərdə elə gəlişmələr yaşana, ya da yaşadıla bilər ki, biz Qarabağ haqqında heç fikirləşməyə belə macal tapa bilmərik. Neçə ki, gec deyil, siyasi iradə nümayiş etdirməli və Vətənin təhlükəsizliyini təmin edəcək addımlar atmalıyıq. Yoxsa bizimkilər hələ çox "quş buraxacaqlar"".