Osman Gündüz: “Qazaxıstan, Rusiya, Ermənistan xeyli müddətdir “Silicon Valley”də xüsusi mərkəzlər yaradıb”
““Silicon Valley”də Azərbaycana məxsus “İnnovasiya Evi”nin yaradılması vacibdir. Son zamanlar ölkəmizdə innovasiyaların inkişafı ilə bağlı həm infrastrukturun genişləndirilməsi, həm də hüquqi bazanın yaradılması istiqamətində müəyyən addımlar atılır. Yəni, bu ekosistemdə bir şaxələnmə gedir”.
AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” hesabında Milli İnternet Forumunun (MİF) prezidenti Osman Gündüz paylaşıb. O xatırladıb ki, cari ilin əvvəlində innovasiyaların inkişafı ilə bağlı Prezident Fərmanı qəbul edilib və bu fərmanla artıq bütün dövlət qurumlarına innovasiyaların inkişafı üçün konkret tapşırıqlar verilib.
“Artıq startap ekosistemdə bir neçə qurum var ki (İNNOLAND, KOBİA, İnnovasiya Agentliyi və s.) konkret bu istiqamətdə fəaliyyət göstərirl. İNNOLAND, eyni zamanda beynəlxalq arenada, dünyanın ən qabaqcıl startap ekosistemi olan “Silicon Valley” ilə əlaqələri gücləndirmək üçün də işlər görür. Bununla belə, düşünürəm ki bu sahədə bizim görəcəyimiz işlər çoxdur”, - ekspert bildirib.
MİF rəhbəri düşünür ki, hökumətin, ASAN-ın “Silicon Valley”də Azərbaycana məxsus “İnnovasiya Evi”nin açılması layihəsinə diqqət yetirməsi çox faydalı olar: “Fikrimcə, ASAN-ın İNNOLAND Akselerasiya Mərkəzi bunu öz üzərinə götürə bilərdi. Bu sahədə çalışan dostlarımızn bildirdiyinə görə bu, elə də böyük xərclər tələb etmir. Fikrimcə, gələcəkdə burada formalaşan milli startaplarımız da bu “İnnovasiya Evi”nin saxlanılması xərclərinin də bir hissəsini öz üzərinə götürə bilər. Amma indiki anda hökumətin bu istiqamətdə dəstəyinə ciddi ehtiyac var”.

Gündüzün sözlərinə görə, indiyədək də bizim “Silicon Valley”də (“Silikon Vadisi”, ABŞ, Kaliforniya) bir mərkəzimiz, məsələn, bir “İnnovasiya Evi”miz yoxdur: “Qonşu ölkələr - Qazaxıstan, Rusiya, Ermənistan və s. xeyli müddətdir ki, “Silicon Valley”də xüsusi mərkəzlər yaradıb. Onlar bu mərkəzlər vasitəsilə öz yerili startaplarına köməkliklər göstərir, müxtəlif fondlarla görüşlər təşkil edir və yerli startaplara maliyyə tapmaqda köməklik göstərirlər. Startapçıların orda qısa müddət yaşaması üçün də imkanlar yaradıblar. Son dövrlərdə müşahidə olunur ki, xüsusilə Ermənistan və Qazaxıstan bu mərkəzlərdən, buradakı müxtəlif fondlardan öz yerli startapları üçün böyük vəsaitlər əldə etməyə çalışırlar”.