Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdi


Türkiyədə bu günə qədər tayı-bərabəri olmayan maraqlı bir cinayət işinin üstü açılıb.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Eskişehir də özünü Sultan Süleymanın qızı adlandıran və yəhudilərin axtardığı şifrəli qanın onun damarlarından axdığını iddia edən dini sekta başçısı, fırıldaqçı qadın tutulub.

49 yaşlı S.G Eskişehirdə 10 hektar torpaq sahəsi olan bir villada xəstələri qəbul etməyə başlayıb. Qanının şəfalı olduğunu iddia edən qadın qanı qatılmış suyu dərdinə çarə tapmaq üçün gələn insanlara içirib. Onun qanı qatılmış su isə nə az nə çox, düz 4-5 min lirəyə satılıb. S.G-nin bu günə qədər bənzəri iddialarla minlərlə insanı aldatması və bu yolla 13 milyon dollar gəlir əldə etməsi aşkarlanıb.S.G-yə bu işdə 4 nəfərdən ibarət qrup, o cümlədən vəkil işləyən 29 yaşlı oğlu kömək edib.

Qrupun yaxalandıqları villada dini sekta qurmaları, müəyyən məbləğ müqabilində bir çox kişilərə üzük verib “komandir” rütbəsi verdiyi bəlli olub. Hadisədən zərər çəkmiş və şahid qismində ifadə verən bir neçə iş adamı S.G-nin toruna düşdükdən sonra bütün var- dövlətlərini onun sektasına yatırdıqlarını və iflas etdiklərini etiraf eləyiblər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10