Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Uğur”un Yeni il şənliyi||--||


“Uğur” Tədris Mərkəzi qısa müddətdə bir sıra uğurlara imza atıb.

Biz bu yaxınlarda bu mərkəzin uğurları barədə oxuculara ətraflı məlumat verəcəyik. Bu gün isə “Uğur”un dekabrın 30-da keçirtdiyi yeni il şənliyi barədə xəbər vermək istəyirik. “Uğur” Tədris Mərkəzinin foyesində keçirilən tədbirə valideynli, şagirdli 150-yə yaxın şəxs toplaşmışdı. 2 saata yaxın davam edən tədbirdə olduqca orijinal səhnəciklər, rəqslər, musiqi nömrələri ifa edildi. Beynəlxalq müsabiqələr laureatı Aysel Nərimanova da qonaqlar sırasında idi və tədbir iştirakçılarını musiqi nömrəsi ilə salamladı.
Tədbirin sonunda azyaşlılara hədiyyələr verildi. Həmçinin bu mərkəzdə hazırlıq keçib Respublika olimpiadasında qalib olmuş Şamxal Cəbiyevə xüsusi mükafat verilmişdir.ir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10