Türkiyəli aktyor Can Yaman İtaliyada paylaşdığı fotoyla sosial medianın gündəminə düşmüşdü.
O, qaldığı otelin damına çıxaraq günəşlənərkən çəkilən görüntüsünü izləyiciləri ilə bölüşmüşdü.
Müğənni Ebru Polat Canın şəklinə yazdığı rəylə hər kəsi güldürüb.
“Maşallah! Olanı, olmayanı var. Bunu görəndən sonra adam evdəki kişiyə yemək vermək istəmir. Bir də bizimkilər o tipajları ilə kaprizlidirlər, adama minnət qoyurlar. Boş yerə naz çəkirik” deyə, o, yazıb.