Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qadın müəllimlərin uşağınıza dərs deməsinin QORXUNC FƏSADLARI - ARAŞDIRMA


Xüsusən də gələnlər Lerik, Yardımlı, Masallı bölgələrindəndir. Çünki həmin bölgələrdə qızların oxumasına maraq azdır”.

 485  0

169 saylı məktəb - 94 müəllimdən 90 nəfəri qadın,
287 saylı məktəb - 79 müəllimdən 69 nəfəri qadın,
191 saylı məktəb - 103 müəllimdən 93 nəfəri qadın,
45 saylı məktəb - 122 müəllimdən 118-i qadın,
78 saylı məktəb - 47 müəllimdən 42-si qadın.
Bu rəqəmlər paytaxt məktəblərinin bir neçəsində yer alanpedaqoji heyətin cins bölgüsü üzrə vəziyyəti əks etdirir. Siyahını uzada bilərik. Lakin hər hansı məktəbin müəllimlər otağına bir dəfə də olsa yolu düşən şəxs bureallığı əyani şəkildə görə bilər. Rəqəmlərdən də belə məlum olur ki, məktəblərdə anaxaqanlığı dövrü hökmsürürKişi müəllimlər əsasən, Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı fənlərini tədris etməklə kifayətlənir. Az hallarda digər fənn müəllimləri arasında kişi müəllimlərə rast gəlmək olurKişi müəllimlərin məktəblərdən üz çevirməsi yaxşı ənənə hesab edilmir. Müəllimlərin sayında gender bərabərliyinin pozulması məktəblərdə tədris alan uşaqların psixologiyasına təsirsiz ötüşmür. Bəzi ölkələrdə problemin ciddiliyi nəzərə alınıb. Məsələn, Yaponiyada məktəbəqədər təhsil sistemində yalnız kişi müəllimlər çalışa bilir.

Bizdə isə problemin kökü ali məktəbə ixtisas seçimindən başlayır. Yəni oğlanlar az hallarda pedaqoji ixtisasları seçirlər. Əlbəttə, bu da səbəbsiz deyil.
300 tələbədən 10-u oğlan olanda...
Oğlanların müəllim olmaq istəyinin az olması barədə Publika.az-a danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Pedaqoji fakültəsinin dekanı Fərrux Rüstəmov bunun yaratdığı problemlərə toxunub:
“Məktəblərdə kişi müəllimlərinin sayının az olması ciddiproblemdirBuna psixologiyada feminizasiya deyirlər. Qadın müəllimlər uşaqların şəxsiyyətinin formalaşmasında fəal rol oynayır. Uşaqlar günün çox hissəsini qadınlarla ünsiyyətdə olur -evdə ana, məktəbdə qadın müəllim. Nəticədə bu uşaqlarda qadın xarakteri formalaşır. Bu gündiqqət etsəniz, 25 yaşlı oğlanlar ötən əsrin 70-ci illərində 15 yaşlı oğlan səviyyəsində danışır. Çünki xarakteri belə formalaşıb. Bu gün ailələrdə boşanmaların artmasının səbəbi kişilərin xarakterinin formalaşmaması ilə bağlıdır. Uşaqlıqdan qadınların əhatəsində olan oğlan ailə başçısı olanda onu idarə edə bilmir”.
Azərbaycanda kişilərin müəllim peşəsinə marağının ötən əsrin 90-cı illərindən başlayaraq azaldığı deyən pedaqoq, ildə 10 oğlanın bu ixtisasa qəbul olmasının sevindirici halkimi qiymətləndirib:
Bu gün xüsusilə şəhər yerlərində ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı azdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda baş verən hadisələr, iqtisadi durumun aşağı düşməsi kişi müəllimlərin məktəbdən getməsinə səbəb oldu. Digər sahələrdə çalışan qadınlar altı aylıq kurs və ya texnikumları bitiribməktəbdə işə qəbul oldular. Hazırda onları məktəbdən uzaqlaşdırmaq mümkün deyil, artıq neçə illərdir işləyirlər. Ötən əsrin 60-70-ci illərində müəllimlik peşəsinə maraqyüksək idiBu gün isə elə deyilPedaqoji ixtisaslarayiyələnmək istəyənlərin 90 faizindən çoxu qızlardır. Çünki300-400 manatla kişi ailə saxlaya bilmirona görə də oğlanlar müəllim olmaq istəmir. Bizim fakültədə bu tədris ilində 300 tələbə qəbul olubonlardan 10-u oğlandır. Bizbu nəticəyə sevinirik.
Bu sayı artırmaq lazımdır, bunun bəlasını sonraçəkəcəyik. Bildiyim qədərilə rayon yerlərində kişimüəllimlərinin sayında problem yoxdur, ən çox çatışmazlıq Bakıdadır. Bu il pedaqoji ixtisasa qəbul olan oğlanların hamısı rayonlardan gəlib. Onların səkkizi müəllim olmaqistəyir. Həmin oğlanlarla söhbət zamanı bəlli olub ki, yaxınları, ataları kənd məktəbində müəllim işləyir. Özlərinin təqaüd yaşına az qalıb, indi də övladlarının yollarını davam etdirmələrini istəyirlər. Xüsusən də gələnlər Lerik, Yardımlı, Masallı bölgələrindəndir. Çünkihəmin bölgələrdə qızların oxumasına maraq azdır”.

F.Rüstəmov hesab edir kiproblemin həlli üçünstimullaşdırıcı tədbirlərə ehtiyac var:
“500-600-dən yüksək bal toplayan oğlanların müəllimlik ixtisasına gəlməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Həmin tələbələrə xüsusi təqaüd verilməlidir. Onların magistr təhsili almasında da güzəştlər edilməlidir. Sonda həmin məzunları imtahansız məktəblərə qəbul etmək lazımdır. Onların həm əmək haqqı yüksək olmalı, həm də əlavə imkanlar yaradılmalıdır. Bununla bağlı təhsil nazirinə də təklif vermişikLakin həmin şəxslərin qarşısında yer dəyişmədən ən azı beş il işləmək öhdəliyi qoyulmalıdır. Bu üsulla göndərilən 100 müəllimdən 80-ninin orada qalması böyük üstünlükdür. Şəhər yerlərində kişilərin məktəbə gəlməsi üçün maaşda artım və bəzi məqamlarda işə qəbulda onlara üstünlük verilməlidir. Ənazı balans yaranana qədər bu proses davam etdirilə bilər.
Ailəni idarə edə bilməyən kişilər yetişir...
Təhsil eksperti Kamran Əsədov hesab edir kikişilərinmüəllimlikdən üz çevirməsinin başlıca səbəbi əmək haqqıilə bağlıdır
Azərbaycanın 4472 orta ümumtəhsil məktəbində çalışan151 min müəllimin 81 faizi qadınlardırKişi müəllimlərinyaşı 38-dən yuxarıdır. Azərbaycan dilimusiqi kimiixtisaslarda 98 faiz qadın müəllimlərdir. Kimyabiologiyafizika kimi ixtisaslarda da 90 faizə qədər qadınlar üstünlüktəşkil edir. Hətta əvvəl Bədən tərbiyəsi fənnindənəksəriyyət kişilər idisəindi say bərabərləşib. Gənclərinhərbi hazırlığı fənnini isə 40 faizə qədər qadın müəllimlərtədris edir. İbtidai sinifdə təhsil üçün kişi müəllimi tapmaqmümkün deyilEyni hal uşaq bağçalarına da aiddir.
Bu gün ali məktəbi müəllimlik ixtisası üzrə bitirib busahədə çalışanların sayında kəskin azalma var. Oğlanlarınbu sahəyə üz tutmamasında birinci şərt əmək haqqınınazlığı  təminatların olmamasıdırBu gün müəllimlərinəmək haqqı ailə saxlamaq üçün tələbələrə uyğunolmadığından kişilər bu sahəyə maraq göstərmir”.

Ekpsert hesab edir kiuşaqların xarakterinin formalaşdığıyaşlarda daim qadın müəllimlərlə ünsiyyətdə olmasıonların gələcək ailə həyatına da təsir göstərir:
Sözün həqiqi mənasında məktəblərimiz kişisiz qalıbBu, gənc nəslingələcəyin əsgərininatasının xarakterininformalaşmasına çox ciddi təsir göstərir. Uşağın bağçadatərbiyəçisiibtidai sinifdə müəllimi ancaq qadındır. Uşaqlardavamında ümumi  tam orta təhsildə əksər vaxt qadınmüəllimlə ünsiyyətdə olur. Başqa sözləronlar xarakterininformalaşdığı dövrdə yalnıq qadın müəllimlərlə ünsiyyətəgirirlər. Nəticədə sərtkişi xarakteri yoxancaq qadınnəvazişi görürlərXarakter formalaşanda uşaq qarşısındaəzmli kişi formasını görməlidirBu gün cəmiyyətdəxaraktersizlik müşahidə edirik. Ölkədə boşanmalarınsayının artmasının başlıca səbəbi kişinin ana nəvazişi iləböyüyübailə başçısı olanda ağırlığı qaldıra bilməməsidir.Nəticədə kişi idarəçiliyi itirir  bu da ailələrin dağılmasınasəbəb olurNəticə etibarilə cəmiyyətdə ailə institutudağılır”.
Kişilərə güzəşt
K.Əsədov problemin həlli üçün ixtisaslara  işə qəbuldaayrı-seçkilik hesab olunsa belə bir müddət kişilərə xüsusimünasibət olmasını təklif edir:
Bəzi ali təhsil müəssisələrinəeləcə  bəzi xüsusitəyinatlı peşələrə qəbulda cins fərqi qoyulduğu kimi, problem həll olana qədər pedaqoji ixtisaslara qəbulda dakişi abituriyentlərə üstünlük verilməlidirBundan başqaişəqəbul zamanı da kişi məzunlara üstünlük verilə bilərBu əmək məcəlləsinin tələbinin pozulmasıdırlakin probleminhəlli üçün müəyyən qədər güzəşt edilməsi mümkündür.Vacib məqamlardan biri  müəllimlərə güzəştlərintətbiqidir. Məsələnonlara dövlət qulluqçusu statusu veriləailə başçısı kimi kommunal xərclərdən azad etmək kimigüzəştlər tətbiq edilə bilər. Ondan sonra bu sahədəçalışan kişilərin sayı artacaq”.
Oğlanlarda cəsarət hissi azalır
Psixoloq Aida Nəbiyeva isə deyir kiyaxşı kişini bir kişiyetişdirə bilər:
Müasir dövrdə oğlan uşaqlarının formalaşması üçünonların cəmiyyətdə kişi cinsi ilə ünsiyətdə olması dahamünasib olarBir kişini hər zaman yaxşı bir kişi yetişdirəbilərQadının oğlan uşağına verəcəyi ən dəyərli şey onunsevgisi  qayğısıdır. Lakin kişinin həmcinsinə verəcəyivacib məqam onun möhkəmliyi  qorxmazlığıdır.
Ailələrdə ataların uşaqlarla az ünsiyyətdə olmasındanşikayət edirik. Son illər məktəb  bağçalarda kişi müəllim kişi tərbiyəçilərin sayının az olması bizi narahat edənbaşlıca məqamlardandır. Bu da xüsusən oğlanların kişikimi formalaşmasına ciddi şəkildə mənfi təsir göstəiriMüşahidələr sübut edir kioğlan uşaqlarında cəsarətqorxmazlıq kimi keyfiyyətlər azalıb. Bu problemin qarşısınıalmasaqgələcəkdə oğlan uşaqlarında kişi cəsarətikişidanışığıünsiyyətimöhkəmlik kimi xüsusiyyətlər azolacaqBu da gələcək nəslin formalaşmasına mənfi təsirgöstərəcək.

yaşından etibarən qız uşaqlarını qadınoğlanları isəkişinin tərbiyə etməsi daha yaxşıdır. Çünki bu yaşdövründən artıq insanlarda xarakter formalaşırtərbiyəninəsas hissəsi başlayır. Bu yaşdan sonra uşaq cəmiyyətdəməxsus olduğu parçasına bənzəməyə çalışır. Onungördüyü fiqur ancaq qadın olarsaparçasını ancaq onabənzədəcək  bu da onun psixologiyasına mənfi təsiredəcək. Nəzərə alsaq kibəzi ailələrdə ata faktoruyoxdur”.
Psixoloqun sözlərinə görəbugələcəkdə hər iki cütlüyüntərəfmüqabili ilə davranışında da özünü göstərəcək:
Məktəblərdə kişi müəllimlərinin az olması qızlara da mənfitəsir edirBundan başqa bu problem hər iki tərəfingələcəkdə tərəfmüqabillərinə  davranışda çətinlikçəkməsinə səbəb olur. Çünki qarşılarında belə bir nümunəolmur. Bu qızların əks-cinsə qarşı münasibətlərininformalaşmasına da təsir edir.
Son vaxtlar artıq bu problemin fəsadlarını yaşayanuşaqların müraciətlərini müşahidə edirik. Məsələnyeniyetməlik yaşı çatsa daoğlanlarda kişi kimiformalaşmaq yaşı gecikirutancaqlıqçəkingənlik artırBu cür problemlər çoxalıb. Biz ata ünsiyyətini artıraraq buproblemi həll edə bilərik. Lakin məsələ daha qlobalolduğundan Təhsil Nazirliyi bununla bağlı konkret addımatmalıdır”./publika.az

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10