Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyada əriyərək yox olan ilk buzlağa abidə qoyuldu


Elm adamları Okjökull buzlağı ilə vidalaşır
 
Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyanın tarazlığını pozmağa davam edir. İslandiyadakı Okjökull buzlağı əriməsi səbəbi ilə buzlaq statusunu itirir. Alimlər bu buzlaqla gələcəyə dair bir məktubla vidalaşırlar.
 
AYNA chip.az-a istinadən bildirir ki, iqlim dəyişikliyi və qlobal istiləşmə həm bəşəriyyət, həm də canlılar üçün mövcud olan ən böyük təhlükələrdən biridir və ciddiliyi hər il artmaqda davam edir. Elm adamları, iqlim dəyişikliyi səbəbi ilə 2014-cü ildə əriyərək statusunu itirən Okjökull buzlağı ilə vidalaşır.
 
Onlar ingilis və islandiya dilində abidənin üzərinə ''Ok, buzlaq statusunu itirən ilk İslandiya buzlağıdır. Növbəti 200 il ərzində bütün buzlaqları eyni yol gözləyir. Bu abidə bunun nə olduğunu və nə etmək lazım olduğunu bildiyimizi qəbul etmək üçündür. Nə etdiyimizi yalnız sən bilirsən.''  yazıblar.
 

Elm adamları qlobal istiləşmə və iqlim dəyişikliyi səbəbindən buzlaqların bu sürətlə əriməyə davam etməsinin gələcəkdə böyük bir təhlükə yaradacağını söyləyir. 2017-ci ildə edilən bir araşdırmaya görə, dünya əhalisinin təxminən beşdə birini təşkil edən 2 milyard insan, 2100-cü ilə qədər artan okean səviyyəsinə görə evlərini tərk edərək daxili bölgələrə köçməli ola bilər.
 
Tədqiqatlara və araşdırmalara görə, buzlaqların əriməsinin tək böyük təhlükəsi  miqrasiya deyildir. Hind, Kuş, Himalay və Andes bölgələrində yaşayan milyonlarla insan buzlaqlardan içməli su mənbəyi kimi bəhrələnir.
 
Dağların yaxınlığındakı quraq iqlimlərdə buzlaqlar yağış və təmiz su yığır, soyuq aylarda isə su buz kimi saxlanılır. Yaz aylarında buz insanları içməli su ilə təmin etmək üçün çay və dərələrə axır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10