Antalyanın Muradpaşa qəsəbəsində bir xeyrxah şəxs qəsəbə sakinlərinin mağazaya olan 10 min liralıq (təxminən, 3 min manat) borcunu ödəyib.
Moderator.az xəbər verir ki, adının açıqlanmasını istəməyən şəxş mağazaya gələrkən vətəndaşların mağazaya borclarının olduğunu öyrənib. Mağaza sahibi ilə əlaqə saxlayan şəxs borcun məbləğini öyrənib və mağaza sahibinin hesabına həmin məbləği ödəyib.
Vəziyyəti çox sevinclə qarşılayan mağaza sahibi mağazanın girişinə “bütün borclarınız bir xeyirxah şəxs tərəfindən ödənilib, borcunuz yoxdur” yazmış lövhə asıb.
Mağaza sahibi bildirib ki, nisyə dəftərindəki bütün borclarının ödənildiyini eşidən sakinlər çox təəccüblənirlər. İndi qəsəbə sakinləri adını bilmədikləri həmin şəxsə dua edirlər.