Dayanmayan yağış səbəbindən 11 minə yaxın turist bölgədən təxliyə olunub
Çinin Siçuan şəhərində güclü yağışlar səngimək bilmir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yaşanan təbii fəlakət 96 nəfərin xəsarət almasına səbəb olub.
Siçuan şəhərinin Gengda kəndində şiddətli dağıntılara səbəb olan daşqınlar nəticəsində 54 nəfər turist xəstəxanaya yerləşdirilib. Səlahiyyətli şəxslər dağıntılar səbəbindən 8 nəfərin də itkin düşdüyünü açıqlayıblar.
Qeyd edək ki, günlərdir davam edən yağış səbəbindən 11 minə yaxın turist ərazidən uzaqlaşdırılıb.