Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir


Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.

Bu məsələ Ailə Məcəlləsinin 57-ci maddəsində öz əksini tapıb.

Amma Azərbaycanda yetkinlik yaşına çatmayan valideynlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Azərbaycanda erkən nikahlarda ən yüksək hədd 2011-ci ildə qeydə alınıb. Həmin il 18 yaşadək qızlar arasında nikaha daxil olanların sayı 5138 olub. 2017-ci ildə isə erkən nikaha daxil olan qızların sayı 317 nəfər təşkil edib. Yəni altı il ərzində fərq 4821-ə enib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Oxu.Az-a deyib ki, yeniyetmə valideynlərin dəqiq statistikası yoxdur.

A.Veysəlova qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşı üzrlü səbəblərdən bir yaş endirilə bilər, bu zaman isə həmin şəxs rəsmi qeydiyyata düşür:

"Ancaq yetkinlik yaşına çatmayan valideynlərin statistikası aparılmır. Onlar nikah yaşına çatanda qeydiyyata düşürlər".

Komitə nümayəndəsi deyib ki, hazırda 15-17 yaşlı yeniyetmə gəlinlər tərəfindən doğulan uşaqların sayında da ciddi azalma var. Belə ki, 2011-ci ildə 15-17 yaşlı gəlinlər tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2421 olub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10