"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi məktəbə gedə bilməyən aztəminatlı ailələrin uşaqlarına yardım olunması üçün "bir qələm” aksiyası keçirir.
Təşkilatdan verilən açıqlamada bildirilir ki, aksiyanın məqsədi övladları üçün məktəb ləvazimatları və forması ala bilməyən aztəminatlı ailələrin xərclərinin müəyyən qismini cəmiyyətin imkanlı təbəqəsinin yardımlarıyla qarşılamaqla uşaqların məktəbə getməsini təmin etməkdir.
"Dərs ilinin başlanmasına çox az zaman qalıb. Təəssüf ki, bu gün övladlarını məktəbə göndərə bilməyən onlarla aztəminatlı ailələr var. Həmin ailələrə yardım olunmasını təmin etməklə onların övladlarının təhsilsiz qalmasının qarşısını almaq mümkündür. İmkanlı vətəndaşlarımız bu aksiyada fəal olmağa və aztəminatlı ailələrə dəstək olmağa çağırırıq. İnanırıq ki, bu aksiyadan cəmiyyət olaraq hamımız qazanacağıq!!!
Yeni dərs ilində aztəminatlı ailələrin övladlarını sevindirmək istəyənlər aksiyaya qoşula bilər.
"Bir qələm” aksiyası üçün Sizə təşkilatımızın hesab nömrəsini təqdim edirik:
Bankın adı: AZƏRBAYCAN BEYNƏLXALQ BANKI MƏTBUAT ŞÖBƏSİ
Bankın kodu: 805142
Müxbir hesab: AZ03NABZ013500100000000002944
VÖEN: 9900001881
SWİFT: IBAZAZ2X
Müştərinin adı: VƏTƏNDAŞ TƏDQİQAT VƏ İNKİŞAF İB
VÖEN: 1400636871 Müştərinin hesabı: AZ44IBAZ38090019445706285350
Milli on ödəniş yerindən Beynəlxalq bankı seçib, AZ44IBAZ38090019445706285350 saylı hesaba ödəniş etmək olur.
Kampaniyaya qoşulduğunuz üçün minnətdarıq!
#vetendash #birqelem #vətəndaş #birqələm
E-mail: [email protected]
Tel: 0124097077