Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dekabr ayının intihar mənzərəsi||--||



Dekabrda öz həyatlarına qəsd edənlərin əksəriyyəti kişilər olub. Özünəqəsd yolunu tutanlardan ikisi məktəblidir. Astara rayonu Motlayatax kəndində yasayan 9-cu sinif sagirdi Sevman Rəhimzadə özünü öldürüb. İntiharın səbəbi açıqlanmasa da, ailənin kasıbçılıqdan əziyyət çəkdiyi bildirilib. İsmayıllı rayonu, Qalıncaq kənd sakini 17 yaşlı Tural Vəliyev isə özünü meşədə asıb. Meşəyə odun yığmağa gedən yeniyetmənin intiharının səbəbi açıqlanmayıb. Dekabrda intihar edənlərin 5 nəfəri qadın olub. Abşeron rayonu, Qobu qəsəbəsində 51 yaşlı Rəhimə İsmayılova sirkə turşusu içərək öz həyatına qəsd edib.

Binəqədi rayonunda isə 79 yaşlı Dürrə Nəcəfova özünü yaşadığı mənzilin eyvanından atıb.

Göycayda iki usaq anası, 20 yaşlı Mətanət Əzizova bitki ziyanvericiləri üçün nəzərdə tutulan dərman içərək intihar edib. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilib.

Qazax rayonunda 22 yaşlı orta məktəb müəlliməsi A.Bağırovanın özünəqəsdinin səbəbləri açıqlanmayıb.

Daha bir səbəbi bəlli olmayan intihar olayı Şəki rayonunun Baş Zəyzid kəndində baş verib. 18 yaşlı Nərmin Əhmədova özünü asıb. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10