4-5 ay sonra bu rayonda internet daha əlçatan olacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin 4 ərazisində - Abşeron, Sumqayıt, Gənc və Masallı rayonlarında fəaliyyət göstərən ETAS-in yenidən qurulması, rekonstruksiya edilməsi sahəsində işlərə start verib. Göründüyü kimi, bu ərazilər içərisində Masallı yeganə kənd rayonudur. Əldə etdiyimiz məlumata görə, bu ilin mart ayından başlayaraq ölkənin 4 ərazisində, o cümlədən onların içərisində yeganə kənd rayonu olan Masallıda internet xətlərinin optikləşdirilməsinə başlanmışdır. Bu nə deməkdir? Bu o deməkdir ki, hazırda Masallı rayonunda 34 EATS varsa, bunların sayı 102-yə çatacaq. Və bu EATS-lərin avadanlıqları tam yenilənib, ən müasir aparatlarla təmin olunacaq. Konkret bir misal deyək. Rayonun ən böyük ərazisi Ərkivan qəsəbəsində (Lürən kəndi də daxil) cəmi 1 EATS var idisə, bu yenidənqurmadan sonra həmin EATS-in sayı 7-ə çatacaq. EATS-in çoxalması və yenilənməsi nələrə səbəb olacaq? Ən sadə formada izah edək ki, EATS-dən internet istifadəçinin evinə olan məsafə nə qədər az olsa, həmin evdə internet daha yüksək olacaq. İndi rayonda elə ərazilər var ki, EATS-lə abonentin evinin arası 6-7 kilometr olur. Bu yenidənqurmadan sonra isə maksimum məsafə 2-3 kilometr olacaq. Həm məsafənin qısalması, həm xətlərin EATS-ə qədər optik kanallarla əvəzlənməsi, avadnlıqların tam yenilənməsi internetin sürətinin artırılmasına əsaslı təsir edəcək.
Hazırladı: Türkan