Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəhşətli istilər bu tarixədək davam edəcək


Azərbaycanda yaxın günlərdə isti hava şəraiti davam edəcək, mülayim şərq küləyi əsəcək, temperatur tədricən daha da yüksələcək.

Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 34-38 dərəcəyə qədər yüksələcək: “Aran rayonlarında, Naxçıvan Muxtar Respublikası ərazisində 35-38, bəzi günlərdə 40-42 dərəcə isti gözlənilir”.

A.Verdiyev ölkə ərazisində yüksək temperaturun avqustun 25-dək davam edəcəyinin gözlənildiyini deyib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10