Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.


Moderator.az saytı APA-ya istinadən xəbər verir ki, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

 

Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğluMirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

 

Mirhəmid Nərimanlı, onun yaxın qohumları OrxanNərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

 


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri olduğu “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.

“Qafqazinfo” xəbər verir ki, Unikal.org-a açıqlama verən İqbal Məmmədov baş verən hadisəni təxribat adlandırıb:



Deputat özu isə deyilənlər barədə aşağıdakıları bildirib:

“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”. 

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10