Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şok Breksit ssenarisi: dəhşətli olaylar yaşanacaq



Böyük Britaniya Breksitdən sonra neft, qida və dərman böhranı ilə üzləşəcək.

Bu barədə “Sandi Tayms” nəşri məlumat yayıb.

Qəzet İngiltərənin Breksitlə bağlı xaos ssenarisinin mediaya sızdığını bildirib. Nəşr şok ssenarinin məzmununu “Sarı çəkic əməliyyatı” adı altında paylaşıb.

“İngiltərənin bir hissəsi olan Şimali İrlandiya ilə Avropa Birliyi (AB) üzvü İrlandiya Respublikası arasında sərhəd çəkiləcək. Bu, bölgədə etirazların artmasına səbəb olacaq və İngiltərə muxtar bölgəyə birbaşa müdaxilə etmək məcburiyyətində qalacaq. AB sərhədlərində yaşanacaq gömrük gecikmələri ölkəyə neft gətirilməsini gecikdirəcək. Bu, başda London olmaqla, ölkənin cənub-şərqinə mənfi təsir edəcək.

AB hava limanlarında, İngiltərə ilə AB arasındakı qatar reyslərində, yollarda və gəmi səfərlərində gecikmələr olacaq.

İngiltərəyə dərmanların 4/3-ü AB vasitəsilə gətirildiyi üçün dərman tədarükündə problemlər olacaq. Bu da öz növbəsində heyvandarlığa təsir göstərəcək. Breksit xəstəliklərlə mübarizəni də çətinləşdirəcək.

Yeni qida tədarükündə yaranacaq problemlər qiymət artımına səbəb olacaq, bundan ən çox əhalinin kasıb təbəqəsi zərər çəkəcək.

Bu ssenari ölkədəki kiçik və orta şirkətlərə təsir göstərəcək.

İngiltərə polis qüvvəsinin böyük bir hissəsi ölkə səviyyəsində baş verəcək etirazların qarşısının alınmasına cəlb ediləcək”, - məlumatda qeyd edilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10