Ərkivan qəsəbə stadionunda 8 komandanın iştirakı ilə Rafis Məmmədovun xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verildi
Artıq Masallının futbollu günləri, tamaşaçı alqışında titrəyən stadionu, futbolla nəfəs aldığı günlər keçmişdə qalıb. Lakin masallılı futbol sevərlər nəyin bahasına olursa-olsun futbola nəfəs verməyə çalışırlar. Ərkivan da Rafis Məmmədovun xatirəsinə keçirilən futbol turnirləri də bu qəbildəndir.
Avqustun 18-də Ərkivan qəsəbə stadionunda start götürən idman yarışmasına Masallı (Qartallar), Ərkivan (Gənclər), Ərkivan (Pəhləvanlar), Çaxırlı, Binə Xocavar, Kolatan, Qəriblərlə yanaşı bir Cəlilabad komandası da qoşulub.
Yarışlar 2 yarımqrupda keçirilir.
Final görüşü avqustun 30-na təyin edilib.
Qaliblər, eləcə də ən yaxşı oyunçu, qapıçı və qol vuran üçün pul mükafatları nəzərdə tutulub.
Turnir Masallı idman və gənclər idarəsi tərəfindən təşkil edilib.
Turnirin açılışı mərasimin açılışında qəsəbə ziyalıları, rayonun veteran futbolçuları, Rafis Məmmədovun yaxınları və digər şəxslər iştirak edib və açılışı mərasimində öz ürəklə
sözlərini, Ərkivan futbolunun inkişafında xüsusi rolu olan Rafis Məmmədovla bağlı xatirələrini danışıblar.
İlk gün öncə Cəlilabad və Masallının Çaxırlı komandaları qarşılaşıb. Oyun 2:1 hesabı ilə çaxırlı futbolçularının xeyrinə nəticələnib.
Daha sonra meydana Ərkivan (gənclər) Kolatan kndinin idmançıları komandaları çıxıb.
Bu oyun 1:1 hesabı ilə başa çatıb.
Bu gün, avqustun 19-da isə öncə Masallının “Qartallar” və Ərkivanın “Pəhləvanlar”, daha sonra isə Qəriblər və Binə Xocavar komandaları qarşılaşacaqlar.
Komandaların adlarının çox gurultulu olsa da, bu yarışmanın vaxtının sosial şəbəklərdə zəif paylaşılması, tamaşaçı azlığı təəssüf doğurdu. Əksəriyyət isə bunu heçdənsə bir futbol təsəllisi kimi dəyərləndirdi.
Xatırladaq ki, görüşlər hər gün saat 18-dən Ərkivan stadionunda davam edəcək.
cenub.az