Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikin lerikli deputatı İqbal Məmmədov vergi işçilərin döydürüb


Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha birşok məlumat yayılıb.

cenub.az Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Qulu İbrahimli özünün “Facebook” hesabında İqbal Məmmədovun ona məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürdüyünü yazıb.

İqtisadçının statusunu təqdim edirik: “İqbal Məmmədov “Relaxa gələn vergi işçilərini döydürüb. O, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. Sanıram ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzluşəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adamözünü də yandırar. Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və RespublikaProkurorluğunun nümayəndəsi Bakıdan dünən dərhal Lerikə gediblər. Həbslər varSabah ətraflı bəhs edəcəyəm. Hadisəni gizlətmək mümkün deyilBu dəfə deputat toxunulmazlığı İqbalakömək etməməlidir.”

Deputatın mövqeyini də dərc etməyə hazırıq…

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10