Çin hüquq-mühafizə orqanlarının əməkdaşları insanları tokla vura bilən “dəhşətli nəhəng çəngəllər”i sınaqdan çıxarırlar.
“Daily Mail”in verdiyi məlumata əsasən, təlim minlərlə insanın etiraz aksiyası keçirdiyi Honqkonqun yaxınlığında yerləşən Şençjen şəhərindəki idman mərkəzində aparılır.
Tabloid bildirir ki, əgər bu xüsusi vasitə, həqiqətən, elektriklidirsə, yanıqlara da səbəb ola bilər.
“Çəngəllər”in uzunluğunun iki metr yarım olduğunu nəzərə alsaq, bunun ayrı-ayrı etirazçıların ələ keçirilməsi və ya kütləyə nəzarət üçün özünəməxsus elektroşoker olduğunu demək olar.