Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə 3 otaqlı ev yanıb



Yanğın söndürülüb

 

Lerik rayonuda yanğın hadisəsi baş verib. AYNA xəbər verir ki, FHN-dən Trend-ə verilən məlumta görə, Lerik rayonunun Günəşli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 8 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10