Qəsdən yandırıldığı güman edilir
Meksikanın paytaxtı Mexikonun İstapalapa rayonunda həbsxanada yanğın olub. AYNA "qafqazinfo"-ya istinadən xəbər verir ki, kameraların birində baş vermiş yanğında 3 nəfər ölüb, 7 nəfər yaralanıb. İnsidentə məhkumlar arasında çıxan mübahisə səbəb olub.
Kameranın bilərəkdən yandırıldığı güman edilir.