Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bankir Emin Zeynalov “Günay Bank”dakı müdhiş maliyyə əməliyyatlarının üstün açır



Qanunsuz valyuta dəyişmə əməliyyatlarına kim rəhbərlik edib?

Azərbaycan dövlətinin maliyyə sabitliyini təhlükəyə salan "Azərbaycan Beynəlxaql Bankı”nda baş verən müdhiş maliyyə cinayətləri ifşa olduqdan sonra belə qənaət yaranırdı ki, belə hallara bir daha yol verilməməsi üçün ciddi tədbirlər görüləcək. Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməli idi. Ancaq bu qurumun yaradılması da vəziyyəti köklü dəyişməyib. Bankların əksəriyyətinin yanlış kredit siyasəti, qeyri-rəsmi valyuta mübadiləsi prosesinin çiçəklənməsi belə qənaət yaradır. Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin dekabrında "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiq etsə də, Azərbaycanda, xüsusilə paytaxt Bakıda qeyri-rəsmi valyuta mübadiləsinin böyük bir şəbəkəsinin mövcud olduğu haqqında çox ciddi iddialar var. Qeyri-rəsmi valyuta mübadiləsi həyata keçirən banklarla bağlı redaksiyamıza müəyyən məlumatlar daxil olur və ilk imkanda həmin məlumatları araşdırmağa çalışacağıq.

Hələlik onu qeyd edək ki, qeyri-rəsmi valyuta mübadiləsi apardığı iddia edilən banklardan biri də "Günay Bank” Açıq Səhmdar Cəmiyyətidir. Bu iddialar müammlı şəkildə həbs olunmuş bankir Emin Zeynalova məxsus müraciətlərdə yer alıb. Rəsmi qurumların,xüsusilə istintaq orqanlarının bu iddialara münasibəti bizə müəyyən deyil. Ancaq o məlumdur ki, qeyri-rəsmi valyuta mübadiləsi özündə bir neçə cinayəti ehtifa etdiyi üçün aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının nəzarətindən kənarda qalmamalıdır. Xüsusilə də Dövlət Təhlüksizliyi Xidmətinin rəhbərliyinə peşəkar təhlükəsizlik zabitinin təyin edilməsindən sonra bu qurum bəzi bankların qeyri-rəsmi valyuta mübadiləsi şəbəkəsi yaratması haqqında məlumatları ciddi araşdırılmalıdır. Emin Zeynalova məxsus olduğu müraciətdə yer alan iddiaya görə, Mahmud Məmmədov Bakı şəhərində külli miqdarda qeyri-rəsmi valyuta dəyişmə dövriyyəsini təşkil etmiş və bu işə özü (Mahmud Məmmədov-red.) anba-an rəhbərlik etmişdir. Bu dövriyyəni təşkil etmək üçün isə ayrı-ayrı şəxslərdən sələmçilik yolu ilə külli miqdarda vəsait cəlb edilib. Qeyri-rəsmi valyuta mübadiləsi əməliyyatlarını maliyyələşdirən həmin şəxslər bu əməliyyatlardan pullarının müqabilində yüksək faiz alıblar.

Şərlənərək həbs edildiyini iddia edən Emin Zeynalova aid olduğu iddia edilən müraciətə inansaq "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədovun özü hər bu əməliyyata görə 600 min dollar qazanıb. İddiaya görə, buraya qeyri-rəsmi valyuta mübadiləsi əməliyyatının dövriyyəsinə cəlb olunmuş vəsaitlərin əsas hissəsi də aiddir. Yəni, Mahmud Məmmədov öz pullarını ona etbar etmiş şəxslərin vəsaitlərini mənimsəmədə ittiahm edilir və yuxardıda da qeyd etdiyimiz ki, bu iddialar şərlənərək həbs olunduğunu iddia edən Emin Zeynalova məxsus olduğu bilirilən müraciətdə yer alıb. Emin Zeynalov müraciətində onu da yazır ki, Mahmud Məmmədov əməllərini ört-basdır etmək, "Günay Bank”da baş verənləri pərdələmək üçün onu həbsdə saxlatdırır. Şərlənərək həbs olunduğunu iddia edən bankir müraciətində yazır ki,Mahmud Məmmədov qohumluq-qudalıq əlaqələrindən, yüksək vəzifəli şəxslərin adından və nüfuzundan istifadə edərək qanunlarla üst-üstə düşməyən əməllərini davam etdirir. Əgər redaksiyamıza daxil olan məlumata inansaq bu sərt ittihamların yer aldığı müraciət Emin Zeynalov tərəfindən aidiyyatı qurumlara ünvanlanıb. Həmin qurumların isə bu müraciətlə bağlı mövqeyinin nədən ibarət olduğuna da aydınlıq gətirməyə çalışacağıq.

Emin Zeynaov məqsədli olaraq qurbanlıq seçilib?

Emin Zeynalovun ictimaiyyətə "günah keçisi” kimi təqdim edilməsinə cəhdlər edildiyini ötən yazıda qeyd etmişdik. İndi isə, Emin Zeynalovun məqsədli olaraq qurbanlıq seçilməsi ilə bağlı ehtimallara aydınlıq gətirməyə çalışacağıq.

İxtisasca stomatoloq olan Mahmud Məmmədova məxsus olan "Günay Bank” 1992-ci ilin noyabrından rəsmi fəaliyyətə başlayıb. Bankın rəhbərliyində əsasən Mahmud Məmmədovla qohumluq və dostluq əlaqələri olan şəxslər təmsil olunur. Müşahidə Şurasının Sədrinin müaviniolan Emin Ağayev MahmudMəmmədovun ən çox etibar etdiyi şəxslərdən biridir. İddiaya görə, Mahmud Məmmədov bu şəxsə o qədər etibar edir ki, əmlakının bir hisssəini də bu şəxsin adına rəsmiləşdirib. İxtisasca fililoq olan Fəridə Ağayevanın İdarə Heyəti Sədrinin müavini olması da bu xanımın Mahmud Məmmədovun xalası qızı olması ilə izah edilir. Texnikom təhsilli birinin, Esmira Mehdiyevanın "Günay Bank”ın Audit Komitəsinin Sədri olması da çox diqqətçəkici məqamdır. İddialar görə "Günay Bank”ın Kredit İqtisad Departamentinə rəhbərlik edən 1928-ci il təvəllüdlü Sabir Ağayevin bu vəzifəni tutması da özəl səbəblərlə bağlıdır. Çox maraqlıdır, 91 yaşında olan bir şəxs Kredit İqtisad Departamenti kimi ağır sahəyə rəhbərlik edir. İlkin qənaət isə ondan ibarətdir ki,"Günay Bank”ınbu tərkibli personallı ilə bankın fəaliyyətinə effektiv nəzarət etmək mümkün deyil. Digər tərəfdən "Günay Bank”da baş verənlərin Banklar haqqında Azərbayan Respublikasının Qanunun 32-ci maddəsinin, yəni, Bankların fəaliyyət növləri ilə bağlı qanunvericiliyin tələblərinə nə qədər uyğun olması ilə bağlı da şübhələr var.

Emin Zeynalovun müraciətdə yer alan başqa bir məqam isə "Günay Bank”ın Kredit İqtisad Departamentinə 1928-ci il təvəllüdlü Sabir Ağayevin rəhbərlik etməsinin səbəbinə aydınlıq gətirmək baxımından çox maraqlıdır. Belə ki, Emin Zeynalov yazır ki, ata-anasının və yaxın qohumlarının adına hədə-qurxu ilə rəsmiləşdirilmiş 10.2 milyon manat kredit müqaviləsi gecə saatlarında, bankın baş ofisində imzaladılıb. Əgər Emin Zeynalovun bu iddiası öz təsdiqini tapsa "Günay Bank”ın Kredit İqtisad Departamentinə 1928-ci il təvəllüdlü Sabir Ağayevin rəhbərlik etməsinin səbəbi də məlum olar. Bəhs edilən 10.2 milyon manatlıq kredit əməliyyatı ilə bağlı daha geniş araşdırma aparırıq və yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Hələlik isə onu qeyd edək ki, Mahmud Məmmədovun şirnikdirici təkidli təklifləri nəticəsində "Kapital Bank” ASC-nin Xəzinədarlıq departamentindən  "Günay Bank”ın "Xəzinədarlıq və Müxbir Əlaqələr” departamentinin direktoru vəzifəsinə transfer olunan, qısa müddət sonra "Günay Bank” ASC-nin İdarə Heyyətinin sədr müavini təyin olunan Emin Zeynalov bu qədər doğma adam arasında yad adam olub.

Bütün bu iddalara aydınlıq gətirilməsi çox vacibdir. Çünki, belə məlumatların vaxtında araşdırılmaması "Azərbaycan Beynəlxaql Bankı”nda baş vermiş müdhiş maliyyə cinayətlərinin yenidən baş verməsinə yol aça bilər. Buna görə, şərləndiyini qeyd edən Emin Zeynalovun müraciətindəki iddialar dövlətin təhlükəsizliyinə və qanunların aililiyinin təmin olunmasına cavabdeh dövlət orqanları tərəfindən araşdırılmalı, cəmiyyətə inandırıcı bilgilər verilməlidir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10