Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qızlarını həkimə aparmırlar ki, görən olar, qız evdə qalar”



“Bizdə gənc qızları tibbi müayinədən keçirmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar”. 

Bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkimin sözlərinə görə, heç oğlanlar da tibbi müayinəyə meyilli deyil:

“Ailələr düşünür ki, birdən görən olar, qız evdə qalar. Nəticədə bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır. Xüsusilə də, son illərin bəlası-sonsuzluq. Ailə qurulur, tez də dağılır.

Kişi sonsuzluğu sürətlə artır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq səhv yanaşmadır. Oğlanlarda problemlər heç də az deyil.

VVAQ üçün olan məcburi müayinələr təqdir olunasıdır, amma spektr dardır. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz ailə chek up-ından keçirilsin, ciddi problemlər vaxtında aşkarlansın”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10