Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Neftçi” bu gün “Bney Yehuda” ilə qarşılaşacaq



“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
“Report” xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə “Bney Yehuda”nın qonağı olacaq. Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. Oyunun 43-cü dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.
Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
21:00. “Bney Yehuda” – “Neftçi”
Baş hakim: Daniele Doveri
Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo
Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Stefan Lannoy (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva, “Ha Moshava” stadionu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10