Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı sakini yüz manat borca görə mağazanı partlatmaq istədi - Polisə zəng edib özünü şikayət etdi



Onun psixi xəstə olduğu məlum olub
 
Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir. bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.
 
Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları onu taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.
 
Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10