Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ağ Ev hələ heç bir dövləti belə sevindirməyib – İrəvan gözlərinə inana bilmir...



Çini xarici valyutanı manipulyasiya etməkdə ittiham edən ABŞ-ın ittiham xarakterli məlum informasiya fonunda təqdim etdiyi bir şəkil nəinki Ermənistanın, bütün dünya ermənilərinin böyük sevincinə səbəb olub. Nə qədər qəribə olsa da, ermənilərin bu sevincinə səbəb Ağ Evin rəsmi səhifəsində yayılan şəkildə ABŞ və Çin valyutası ilə yanaşı erməni dramının da yer alması olub. 

Moderator.az dünya mediasına istinadən xəbər verir ki, bu şəkli erməni milli valyutasının dünyadakı üstün mövqeyi kimi dəyərləndirən ermənilər, Ağ Evin erməni dramını fərqinə varmadan reklam etməsindən məmnunluqlarını ifadə ediblər. Ermənilər hesab edir ki, milli valyutalarının Ağ Evin rəsmi səhifəsində ikinci planda da olsa yer alması, erməni dövlətinin uğuru kimi qiymətləndirilməlidir.

Məlumat üçün qeyd edək ki, erməni dramı müasir dünyada ən dəyərsiz valyutalardan hesab edilir və Ermənistan əhalisindən başqa kimsə üçün maraq kəsb etmir.  






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10