Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

340 min manat oğurladı, mərc oyununda uduzdu



Bərdə sakini oğurladığı pulları mərc oyununda uduzub.
Rayon Polis Şöbəsindən Oxu.Az-ın bölgə müxbirinə verilən məlumata görə, tikinti materiallarının satışı mərkəzindən 340 min manat vəsait mənimsənilib.
Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, pulları mağazada xəzinədar işləyən rayon sakini Xəyyam Əliyev götürüb.
Polis əməkdaşları hadisədən sonra gizlənmiş X.Əliyevin yerini müəyyən edərək saxlayıb. O, törətdiyi əməli etiraf edərək, pulları bir il ərzində mənimsədiyini, məbləği müxtəlif dövrlərdə mərc oyununda uduzduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10