ABŞ Hərbi Dəniz Donanmasının kapitanı Kavon Həkimzadə "USS Harry S.Truman" aviadaşıyıcısının komandanı təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində politoloq Şahin Cəfərli məlumat yayıb.
30 ildir donanmada xidmət edən Həkimzadə bundan əvvəl ABŞ 6-cı donanmasının flaqmanı "Mount Whitney" gəmisinin komandiri idi.
Qeyd edək ki, Kavon Həkimzadə İran azərbaycanlısıdır.




 














