Gizli telefon yazışmaları çox ailə faciələrinə səbəb olub. Növbəti belə bir hadisə Özbəkistanda baş verib.
Qısqanc ər arvadının sevgilisinin cinsiyyət orqanını kəsib. Səbəb internetdəki gizli ünsiyyət olub.
Moderator.az Özbəkistan KİV-nə istinadən xəbər verir ki, 11 avqustda Daşkənddəki 82 nömrəli məktəbin müəlliməsi ona nəvaziş göstərməyə çalışan məktəb mühafizəçisi ilə İnternet vasitəsilə yazışırmış. Ərinin şübhələnməməsi üçün qadın telefon nömrəsini “Maksuda opa” kimi qeyd edib . Mühafizəçi müəllimə onunla görüşməyi səbrsizliklə gözlədiyini və onu nə qədər sevdiyini yazıb. Evdə sonuncu dəfə dalaşandan sonra müəllimənin əri arvadının telefonunu yoxlamaq qərarına gəlir. Yazışmaları görəndən sonra qısqanc ər hər şeyi başa düşür.
Ertəsi gün gecə saatlarında məktəbə gedib, mühafizəçi ilə görüşüb. Ər, həyat yoldaşı ilə münasibətləri haqqında hər şeyi bildiyini söyləyib və gözətçinin üzünə güclü zərbə endirib. Zərbə o qədər ağır olur ki, mühafizəçi yıxılıb huşunu itirir. Bundan sonra qısqanc ər onun cinsiyyət orqanlarını kəsib.
Təqsirləndirilən şəxs hazırda həbsdədir. Özbəkistan Cinayət Məcəlləsinin 104-cü (Qəsdən bədənə ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.