Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xalq arasında "Dəyyusi-Əkbər paşa" adı ilə tanınırdı


Sultan İbrahim 1640-cı ildə taxta çıxanda Osmanlı sülaləsinin sağ qalan yeganə nümayəndəsi idi. 

Üstəlik, əqli zəifliyindən qadın nə olduğunu da bilmirdi. Xanədana isə varis lazım olduğundan anası Kösəm sultan və fırıldaqçı Cinci xoca dava-dərmanın köməyi ilə sultanı birtəhər qadınlarla tanış edirlər və... bundan sonra Dəli İbrahimi durdurmaq olmur. 

Hərəmxanadakı yüzlərlə qadın belə buna yetmir. Məmləkətin hər yerində sultan üçün gözəl qadınlar axtarmağa başlayırlar. Bir gün, 1647-ci ildə sultanın qulağına çatır ki, Sivasda yaşayan İbşir Mustafa paşanın çox gözəl arvadı var. Sultan və İslam xəlifəsi olan İbrahim Sivas valisi Varvar Əli paşaya xəbər göndərərək həmin qadının yanına göndərilməsini əmr edir. 

Varvar Əli paşa isə bunun din, şəriət əleyhinə bir iş olduğunu söyləyərək imtina edir və üsyan qaldırır. İstanbuldan Sivas üzərinə göndərilən qoşun uğursuz olur, darmadağın edilir. Bu zaman sözügedən qadının əri İbşir Mustafa paşa da bir qədər qüvvə toplayaraq Varvar Əli paşaya qoşulmaq istədiyini bildirir. 

Valinin düşərgəsinə yaxınlaşarkən isə qəfildən hücum edib dəstəsini dağıdır, özünü isə öldürür. İbşir Mustafa paşa üsyançı valinin başı ilə yanaşı öz arvadını da sultana göndərir. 



Əvəzində yeni Sivas valisi təyin edilir. Lakin vəzifə üçün bu qədər şərəfsizliyə razı olan bir adamın təbii ki, perspektivi Sivasla yetməzdi. 

O bir müddət (artıq Dəli İbrahimin 1648-ci ildə devrilməsi və qətlindən sonra) hətta Osmanlı imperiyasının baş vəziri postuna qədər yüksəldi. 

Lakin vəzifəsinin nə olmasından asılı olmayaraq xalq arasında, üzr istəyirəm, "Dəyyusi-Əkbər paşa" ünvanı ilə tanınırdı.

Yazı Yadigar Sadığlının Facebook səhifəsindən götürülmüşdür.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10