Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir deputatın biznesi: ticarət mərkəzi tikdirib - Sənəd


Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Azər Badamov Qusarda ticarət mərkəzi tikdirib.

Bu barədə araşdırmaçı Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Milli Məclisin deputatı Azər Badamov  sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib: " YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib".

Jurnalist bildirib ki, Azərbaycan Repsublikasının Konstitusiya görə, Milli Məclis deputatlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir, lakin vəzifəli şəxslər və deputatlar qanunvericiliyə əməl etmirlər.

Azər Badamov isə yayılan məlumatla bağlı açıqlama verməyib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10