Masallıda baş verən yol qəzasında bir nəfər dünyasını dəyişib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistral yolunun 180-ci km-liyində baş verib.
Əks istiqamətdə hərəkət edən, Masallı sakini, 1975-ci il təvəllüdlü Mürşüd Cümşüd oğlu Nəsirovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Liman şəhər sakini, 1996-cı il təvəllüdlü Nicat Vidadi oğlu Əzimlinin sürücüsü olduğu "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2107"-nin sərnişinlərindən biri, 1969-cu il təvəllüdlü Vidadi Rüstəm oğlu Əzimli hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi-Ekseprtiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib.
Ailə üzvü olan digər sərnişin, 1978-ci il təvəllüdlü Aynur Vahab qızı Əzimli isə adıçəkilən sürücülərlə birgə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, vəfat edən V.Əzimli ailəsi ilə birgə əsgər övladının andiçmə mərasimindən qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.