Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Boş yerə 30 il həbsdə qalan adam qəfil milyoner oldu



Hər şərdə bir xeyir varmış, bu dəfə də elə olub

 

ABŞ-da qəribə hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Bruklində yerləşən  restoranlardan birini qarət etdiyi və 18 yaşında olan bir qadına təcavüz etdiyi üçün 17 yaşlı Mark Denni 1987-ci ildə həbs edilib. Ona 57 il həbs cəzası verilib.

 


Mark Denni bu illər ərzində günahkar olmadığını iddia eləsə də, cəzasını çəkməli olub. Ancaq bu yaxınlarda onun işinə yenidən baxılıb və bütün həqiqət ortaya çıxıb. Aydın olub ki, Mark Denni günahkar deyilmiş.
 


Mütəxəssislər müəyyən ediblər ki, Denni restoran qarət olunan zaman başqa yerdə olub və polis onu bilərəkdən hədəfə alıb. Həmin zaman hadisəni araşdıran polisin Denninin şahidlərini sorğu-sual etmədiyi və istintaqı lazımi qaydada aparmadığı üzə çıxıb.

Son dakika⦠30 yıl boyunca boŠyere hapis yatan adama rekor tazminat
Günahsız yerə həbs çəkən Denniyə 9.75 milyon dollar təzminat ödəməyə qərar verilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10