Dünyanın zəngin insanlarının şəxsi həyatı hər zaman maraq kəsb edib. Bəs onlar yay istirahətlərini necə keçirirlər. Qaynarinfo onlardan ikisi ilə bağlı məlumatları təqdim edir:
"Amazon" kimi onlayn alış-veriş saytına sahib olan amerikalı Ceff Bezos 111.7 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamıdır. 55 yaşındakı Bezos, keçmiş həyat yoldaşına ödənilən 38 milyard dollar təzminatına baxmayaraq, gündən-günə sərvətini artırmağa davam edir.
Belə ki, bu yay Bezos, günü 400 min avroya kirayə götürdüyü yaxtasında Aralıq dənizini gəzir, sevgilisi Lauren Sançeslə Fransanın məşhur Tropez sahillərində istirahət edir. Milyarderin çimərlik geyimlərinin qiyməti dodaq uçuqladır. Bezosun Prada sandaletlərinin qiyməti 531 dollar, dəniz şortunun qiyməti 209 dollar, eynəyi 365 dollardır.
Sahibi olduğu "Kylie" kosmetika markası ilə dünyanın ən gənc milyarderi olan Kayli Jenner 22 yaşını 250 milyon dollarlıq yaxtada keçirib.
Qeyd edək ki, Jenner çimərlik klubu, kinoteatr, helipad və birdən çox hovuz olan "Tranquility" yaxtasını həftədə 1.2 milyon dollara kirayə verəcəyini söyləyib. Jennerin ailəsi və dostları ad günündə İtaliyanın Kampaniya əyalətindəki Amalfi sahilində yerləşən Pozitanoya gətirilən yaxtada olublar. 29 nəfərdən ibarət yaxtada bir suite, üç VIP otaq, bir SPA, bir gözəllik salonu və idman salonu var.
Sevgilisi Travis Skott və 18 aylıq qızı Stormi ilə tətildə olan Jenner "Versace" geyimində olub.