Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Milyarder oyuncağı: dünyanın ən böyük yaxtası



Koreyalı dizayner Çulxun Park və lüks yaxtaların konstruktoru Palmer Conson 229 metr uzunluğu olan super yaxta layihəsini təqdim ediblər. 

Yeni yaxta futbol meydançasından iki dəfə çoxdur. Əgər yaxta həqiqətən inşa edilsə, o, tarixin ən böyük gəmisi sayılacaq.

Yaxtanın qiyməti isə 800 milyon dollar olacaq. Hazırkı rekord BƏƏ prezidenti Xəlifə ibn Zaid Əl Nahayyana məxsusdur. Onun yaxtasının uzunluğu 180 metrdir.

229 metrlik yaxta layihəsi isə “Valkyrie” adlanır. Bu yaxta 52 qonaq üçün nəzərdə tutulub və onlara 92 nəfərlik ekipaj qulluq edəcək. Yaxtanın maksimal sürəti 46 km/saatdır. Gəmi əsasən alüminium və kompozitdən hazırlanacaq. Maraqlıdır ki, koreyalı dizayner üçün super yaxta hazırlanması universitetdə diplom işi olub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10