Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Adnan Oktarın tələsinə düşən 11 yaşlı qız atasına zəng edib: “Ata, məni xilas et!”



Cinayətkar dəstə başçısının tükürpədən yeni cinayətləri üzə çıxıb -11 yaşlı qıza “Səni mən alacam, bir otaqda qalacağıq, anan da yan otaqda yatacaq” deyib
Adnan Oktarın başçılıq etdiyi cinayətkar təşkilatla bağlı hazırlanan iddianamədə ürəkbulandıran bir detal ortaya çıxıb. Oktar 11 yaşlı qız uşağını qabağında oturdaraq “mənim olacaqsan, mənimlə yaşayacaqsan” deyib. Anası tərəfindən Adnan Oktara necə verildiyini və bu müddətdən sonra yaşadıqlarını danışan S.S.-in ifadələri heyrət doğurub. 2014-cü ildə 11 yaşında olan S.S. və atası S.M.S iddia ərizəsində şikayətçi olaraq yer alıb. 
A.Oktarın cinayətkar təşkilatının ittiham aktında bir uşağın ifadəsi bir ailə dramını ortaya çıxarıb. Şikayətçi ata və qız uşağının ifadələrində qorxunc detallar da yer alıb. Ana və atası ayrılandan sonra anası bir başqa kişi ilə evlənən S.S. anası ilə birlikdə İsveçrəyə köçüb. Ana D. Ç., 20 yaşında olarkən Adnan Oktarla tanış olub. İsveçrədə 8 yaşlı qızının adına bir sosial media hesabı açıb. O, bu hesabda qızının makiyajlı, bikinili şəkillərini paylaşıb. Qadın buradan Adnan Oktarın təşkilat üzvlərini əlavə etməyə başlayıb. Təşkilat üzvü olan şübhəlilər Ebru Altan və Didem Ürer D.C. ilə əlaqə yaradıb. Adnan Oktarın təşkilatının üzvləri qız uşağını görmək istədiyi üçün D.Ç. Skype vasitəsi ilə uşağı - S. S.-yi onlarla üz-üzə görüşdürüb.

Adnan Oktar uşaqla üzbəüz görüşmək istəyib

2014-cü ildə 11 yaşında olan şikayətçi qız uşağı S.S. yaşananlar barədə bunları danışıb: "Daha sonra Ebru Altan, anama və mənə “Adnan Oktar səni üzbəüs görmək istəyir” deyərək, bizim Türkiyəyə gəlməyimizi istədi. İstanbula gəldiyimiz zaman iki aya yaxın Pendikdəki evimizdə qaldıq. Adnan Oktar bizi evində qonaq saxlamaq istədi, amma mən istəmədim və anamı da zorla razı saldım.

"Gecə saat 02.00-də Adnan Oktar məni istədi”

Anası D.Ç.-yə təşkilat üzvləri tərəfindən bir telefon nömrəsi verilməsindən danışan S.S. daha sonra aşağıdakıları deyib: “Bu telefon nömrəsi ilə anam Adnan Oktar qrupu ilə əlaqəyə keçirdi. Ümid adlı, soyadını xatırlamadığım şəxs anama zəng edərək, gecə 03.00-də “Adnan Oktar S.S.-ni görmək istəyir” deyirdilər. Anam da gecə 02.00-də məni oyadıb, makiyaj etdirir və dekolteli paltar geyindirirdi. Onların göndərdiyi sürücü bizi Göksu evlərinə, “A 9” studiyasının olduğu yerə aparırdı. Biz getməzdən əvvəl anam “sən danışmağı bilmirsən” deyərək, məni qabağında otuzdurub, bunları deyirdi: “Sən az danışacaqsan. Adnan Oktar nə istəsə, onu edəcəksən, sevgilinin olmadığını, atanla görüşmədiyini, ananı çox sevdiyini danışacaqsan. Ayağını ayağının üstünə aşıracaq, dik oturacaq, dodaqlarını büzərək danışacaqsan” kimi şeylər deyir və bunları etməyim üçün bərk-bərk tapşırıq verirdi”.

“Oktar əlimi sığalladı, “sənə makiyaj yaraşır” dedi”

S.S. ifadəsində İstanbuldakı studiyaya getdiyi zaman Oktarın olduğu bir otağa aparıldığını və ilk tanışlıq zamanı oturduğu kreslonun qarşısında Oktarın onu tutduğunu, əllərini ovcunun arasına aldığını dedi. S.S. ifadəsinə belə davam edib: “Mənim əlimi öz ovcunun içinə alır, sığallayırdı. Daha sonra mənim üzümü, boynumu və çiyinlərimi sığallayırdı. Biləyimdən və boynumdan nəbzimi ölçürdü. Məni ayağa qaldıraraq bədən quruluşumun çox gözəl olduğunu, ceyran kimi bir qız olacağımı, makiyajın da mənə yaraşdığını deyirdi. Deyirdi ki, qaşlarımı tamamən alıb, nazik bir tatu etdirim. Oturanda ayaqlarımı aralı qoymağımı istərdi. Məni əliylə oxşayarkən və bunları deyərkən anam da yanımızda idi”.

Image result for aDMAM oKTAR PEDOFðL

Oktar "13,5 yaşından sonra yanımda qalacaqsan” dedi

Bir müddət sonra Oktarın onu başqa bir yerə göndərdiyindən danışan S.S. yaşadıqları barədə belə danışıb: "Çəngəlköydə böyük qapıları və hovuzu olan evə göndərdi. Bu evdə mənə hədiyyə olaraq aldığını dediyi dovşan, ceyran, poni, quşlar vardı. Mənim onlara qulluq etməyimi istəyirdi. Deyirdi ki, 13.5 yaşından sonra onunla o evdə qalacam və o evə indidən öyrəşməliyəm. Bu evə getdiyim zaman orda adını bildiyim və bilmədiyim çoxlu sayda qız və kişiləri gördüm. Bu qrupda yeganə balaca qız mən idim. Evdə digər kişilərin mənə toxunması qadağan idi. Adnan Oktar məni görmək istədiyi zaman həftədə iki-üç dəfə onun yanına gedirdik”.

"Hər getdiyimdə bir az da səmimiyyət qurdu”

Təşkilat lideri Adnan Oktarın yanına getdikləri zaman hər dəfəsində onun daha çox səmimiyyət qurmağa çalışdığını deyən S.S. aşağıdakıları deyib: “Əsasən anam Adnan Oktarla mənim yanımda olurdu. Amma anam olmadığı zaman yenə Oktarla mən yalnız qaldığımız zaman məni ayağa qaldıraraq, “mənə yaxınlaş, qulağıma nə istəyirsənsə, onu pıçılda” deyirdi. Bu pıçıldamalarda mənə 'Mən Mehdiyəm, ya yox?” “Məni istəyirsən, ya istəmirsən?”, “Mənimlə yaşamaq istəyərsən, istəməzsən?” deyərək, cavabı qulağıma pıçıldamağımı istəyirdi. “Gözlərimə dərin-dərin baxacaqsan” deyirdi. Mən ilk getdiyim zaman anam mənə özü seçdiyi geyimləri geyindirmişdi. Amma daha sonrakı gedişlərimiz zaman Adnan Oktarın mənə aldığı bahalı və dekolte geyimləri, dikbadan ayaqqabıları geyinərək yanına gedərdim. Hər dəfəsində anam mənim geyimlərimi geyindirir, makiyaj etdirir və gözlərimi, dodaqlarımı boyayaraq yanına aparırdı”.

Oktar "qızını mənə verdinmi” soruşdu

Image result for aDMAM oKTAR PEDOFðL

Balaca qız Adnan Oktarın onu anasından necə istəməsi ilə bağlı belə danışıb: "Bədənim hələ ərgənliyə girməmişdi və sinəm də yox idi. Amma Oktarın mənə aldığı dekolteli geyimlər “özündən silikonlu” idi. Onu geyinməyimi istəyərdi. Biz “A 9” studiyasına getdik. Oktar gəldi, anamdan “Artıq S-ni mənə verdinmi” soruşdu. Anam da “Verdim getdi, sizdən başqa kimsə var ki? Ən yaxşı siz yetişdirərsiz” dedi. Daha sonra Oktar mənə tərəf çevrilərək, “səninlə birlikdə dağ evinə gedəcəyik, orada qalacağıq” dediyi zaman anam “Bəs mən necə olacam” deyə soruşdu. Oktar “Anamız da yan otaqda qalacaq” deyərək, ona qayınanası kimi münasibət göstərdi. Daha sonra Adnan Oktar anama “S. 13,5 yaşından sonra artıq mənim evimdə qalacaq” dedi. Anam daim Oktarn yanında qalmaq istədiyi üçün bu təklifi qəbul etdi”.

"Qızım Mehdi Adnan Oktarla evlənəcək”

İki ayın axırında tətilləri bitdiyi üçün anası onu da götürüb İsveçrəyə qayıdıb. S.S. anasının orda Adnan Oktarın pərəstişkarlarına “'Qızım S.S. Mehdi Adnan Oktarla evlənəcək” deməyə başladığını danışıb. Balaca qız ifadəsində bildirib ki, İsveçrədə olduğu zaman təşkilat üzvlərin onu görmək üçün oraya gəliblər: “Türkiyədən İbrahim Tuncer və Osman Kocaman məni görməyə gəldilər. Məni görməyə gəlmələrinin səbəbi Adnan Oktarın onları göndərməsi və mənim Adnan Oktarın göz bəbəyi olmağım idi”.

S.S. Adnan Oktarın kanalı olan “A 9”-da 2014-cü ildə dekolteli şəkillərinin göstərildiyini deyib: “Eyni zamanda “S. altı dil bilir, özü də Adnan Oktar heyranıdır” deyə kanalında məni reklam edirdi. Mənim köftəm, bir dənəm, canım, çox gözəl, çox ağıllı, mənim göz bəbəyim” deyə haqqımda danışırdı. Bir dəfə Adnan Oktar mənə “Məni sevirsən, məni istəyirsən? Sən mənim olacaqsan, hər zaman yanımda qalacaqsan” dedi. Anam da mənə tapşırmışdı ki, bu cür suallar verəndə “Bəli, səni sevirəm, səninlə birlikdə yaşamaq istəyirəm” deyim”.


Image result for aDMAM oKTAR PEDOFðL

"Özümü həbsdəki kimi hiss edirəm”

S.S. ifadəsində eyni zamanda bildirib ki, artıq Adnan Oktarın yanına getmək istəmədiyini deyəndə anası tərəfindən ayaqyoluna salınaraq döyülüb, döyüləndə isə dodağı partlayıb. 
11 yaşlı uşaq tasına zəng vurub: “Məni xilas et”

S.S. ifadəsində bu vəziyyət barədə atasına danışmaq istədiyini, amma yaşı az olduğu üçün atasının ona inanmayacağını düşünüb. Uşaq atasının yanına getməzdən əvvəl dəstə lideri Adnan Oktarla anasının danışıqlarını cib telefonuna yazdırdığını və atasına zəng vurduğunu dedi. Ata S.M.S. isə ifadəsində qızının ona zəng etdiyini təsdiqləyib: "Qızım mənə dedi ki, anam məni yaşlı bir kişi olan Adnan Oktar adlı “A 9” kanalının sahibinə verəcək, məni xilas et. Qızımın göndərdiyi səs yazılarını vəkilə göstərdim. Vəkilsə mənə dedi ki, “Adnan Oktarın adını şikayət ərizəsində çəkmə, onlar çox güclüdülər, qızını əlindən alarlar və bir şey edə bilməzsən. O səbəbdən də “yaşlı bir adam” de və bu işi bağla” dedi. Mən də qızımı xilas etmək üçün bunu qəbul edib, Çağlayan Ailə Məhkəməsinə müraciət etdim”. Adnan Oktar qızımın nəbzini ölçüb, ətrafında fırladıb, beldən yuxarı hissəsinin hər tərəfinə toxunub. Oktar qızıma “Bundan sonra mənim evimdə, mənim yanımda qalacaqsan. Anan da yan otaqda qalacaq. Biz bərabər bu otaqda yaşayacağıq. Əgər bir problem olarsa, anan onsuz da yandakı otaqdadır” deyib. Qızımı 8-9 yaşlarından etibarən müxtəlif vasitələrlə cinsi istismar edən, başda Adnan Oktar olmaqla onun liderliyini etdiyi təşkilat mənsublarından şikayətçiyəm”.(musavat.com)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10