Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

MƏHKƏMƏ ZALINDA DÖYÜLƏN MODELYER POLİSDƏ DİNDİRİLDİ


Leyla Əhmədova: "Artıq ekspert rəyi də alınıb, tezliklə iş materialları istintaqa veriləcək…"

Xəbər verildiyi kimi, Azərbaycanın tanınmış brend modelyeri Leyla Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Nizami Ağayevin vəkili tərəfindən fiziki təzyiqlə üzləşib. Belə ki, modelyer ciddi xəsarət alıb. Təəssüflər olsun ki, hakim baş verənləri sakitcə izləyib, insidentin qarşısını almayıb və qanuni tədbir görməyib. 

Elə həmin gün Leyla Əhmədova "Təcili yardım"ın köməkliyi ilə evinə gətirilib, ona ilk tibbi yardım edilib. Lakin zərərçəkənin halı pisləşməkdədir, yaxşılığa doğru irəliləyiş yoxdur. Bu barədə redaksiyamıza zəng vuran modelyer Leyla Əhmədova özü məlumat verdi:

- Minnətdaram ki, sizin əməkdaşlar bizə dərhal gəldilər, özləri gördülər ki, həkimlər mənə iynə vurub, dərman verirdilər… İki gün keçsə də, vəziyyətim yaxşı deyil. Müalicələrim davam etdirilir… Dünən Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində izahatım alındı, ilkin ifadə verdim. Təhqiqatçı məni ekspertizaya göndərdi və artıq xəsarətlərin dərəcəsinə görə rəy də verilib. Bu gün isə mənə xəsarət yetirmiş B.Məmişov dindirilməli idi. Yəqin ki, bundan sonra iş istintaqa veriləcək… O ki qaldı mənim başıma bu müsibətləri gətirmiş Nizami Tofiq oğlu Ağayevə, maraqlıdır ki, hakim Mirzə Xankişiyev 9 aydır icraatında olan cinayət işi barədə yekun hökm çıxarmağa tələsmir. Elə buna görə də məhkəmədə mənim döyülməyimə şərait yaratdı. Nizami Ağayev bütün baş vermiş cinayətlərin başında dursa da, hakim onun azadlıqda gəzməyinə şərait də yaradır. Bu barədə təkcə bu gün cənab Prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasına 5 teleqram vurmuşam… Hakim Mirzə Xankişiyevə dəfələrlə demişəm ki, xahiş edirəm, mənim pozulmuş hüquqlarımı bərpa edin! O isə buna tələsmir…

*** 

Xatırladırıq ki, Leyla Əhmədova Prezidentə müraciətində qeyd edirdi ki, 2014-cü ildə Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 29 ünvanında Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğluna məxsus obyektin zirzəmi və 3 mərtəbəsini ilkin razılıq əsasında aylıq 24 min manata icarəyə götürüb, təmir etdirib. Lakin təmir işləri bitəndən və obyekt yenicə fəaliyyətə başlayandan sonra Nizami Ağayev işinə maneçilik törətməyə başlayıb. Obyekt sahibləri ilə aralarındakı razılaşmaya əsasən təmirə xərclənən vəsait sonrakı dövrlərdə hissə-hissə aylıq icarə haqqından çıxılmalı imiş. Lakin obyekt hazır olandan sonra binanı onun əlimdən almaq və hazır biznesə sahib olmaq üçün başqa yol tutublar. Dəfələrlə obyektin işığını, qazını, suyunu kəsiblər, aralarındada mübahisə yaranandan sonra isə onu məhkəməyə veriblər. Xətai rayon Məhkəməsinin hakimi Namidar Misirzadə və dövlət ekspertizası da N.Ağayevə dəstək veriblər. 

Leyla Əhmədova qeyd edir ki, "…Sırf təmirə 860 min manat pul qoyulmuşdu və 238 min manat icarə haqqı da Nizami Ağayevin özünə verilmişdi…".

Sonradan isə mübahisə o həddə çatıb ki, Nizami Ağayevin adamları Leyla Əhmədovaya məxsus-icarəli obyektə hücum çəkərək onu döyüblər, əmlakını dağıdıb içəridəki bahalı paltarları yoxa çıxardıblar. Sonradan fakt üzrə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində CM-nin 3 maddəsi ilə cinayət işi qaldırılıb, iki nəfər həbs olunub, Nizami Ağayev isə ev dustaqlığına buraxılmaqla istintaqa cəlb edilib. Və 9 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi isə yekunlaşmaq bilmir.

Bu gün isə Nizami Ağayevin atası Tofiq Ağayev redaksiyamızda oldu, Leyla Əhmədovanın ötən sayımızda dərc olunmuş Prezidentə müraciəti ilə bağlı cavab məktubunu bizə təqdim etdi.

Mövzuya qayıdacağıq.

Elbar Şirinov

MƏHKƏMƏ ZALINDA DÖYÜLƏN MODELYER POLİSDƏ DİNDİRİLDİ
MƏHKƏMƏ ZALINDA DÖYÜLƏN MODELYER POLİSDƏ DİNDİRİLDİ
MƏHKƏMƏ ZALINDA DÖYÜLƏN MODELYER POLİSDƏ DİNDİRİLDİ
MƏHKƏMƏ ZALINDA DÖYÜLƏN MODELYER POLİSDƏ DİNDİRİLDİ






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10