Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları Bişkekə doğru hərəkət etməyə başlayıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, eks-prezidentin tərəfdarlarının avtomobilləri Atambayevin aparıldığı paytaxta yola düşüb. Koy-Taş kəndində isə polisin kənddən çıxan maşınları mühasirəyə alınıb. Polislə Atambayevin tərəfdarları arasında xırda toqquşmalar yaşandığı bildirilir.
Xatırladaqki, Almazbek Atambayev bu gün könüllü şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarına təslim olub.
Bişkekdə keçmiş prezident Almazbek Atambayevin tərəfdarlarının etiraz aksiyası başlayıb. 500-dək mitinqçi parlament binasının yerləşdiyi Ala-Too meydanına toplaşıb. Etirazçılar hazırkı prezident Sooronbəy Jaanbekovun istefasını tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçılara qarşı gözyaşardıcı qazdan, işıq-qaz qumbaralarından istifadə ediblər.
**
Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekdəki etiraz aksiyasını nəzarətə götürüb. İndiyədək xəsarət alanların olmadığı bildirilir