İsmayıllı rayonunda evdən qaçan 3 uşaq anasının məktubu ələ keçib.
Bu barədə Pərvanə Bədəlovanın yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, Pərvanə Bədəlova həmin məktubda tezliklə evə qayıdacağını yazıb:
“Gedirəm, amma mənim bu evdə iki qız uşağım qalıb. Tezliklə onları götürmək üçün bu evə qayıdacam” - deyə vurğulayıb.
Qeyd edək ki, İsmayıllı rayonunda 3 uşaq anası evdən qaçıb. Rayonun Qalınçaq kənd sakini Bədəlova Pərvanə Rəfael qızı bu il iyulun 28-də gecə 3 radələrində 4 yaşlı övladı İsmayıl Bədəlovu da götürərək evdən qaçıb.